8 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığorta sektorunun yeni inkişaf strategiyası – Prioritetlər açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektoru üçün yeni inkişaf strategiyası hazırlayır.

vergiler.az xəbər verir ki, bu barədə AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov XI Azərbaycan Beynəlxalq Sığorta Forumundakı çıxışında məlumat verib. Bildirib ki, növbəti strateji dövrdə risk əsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçid, xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi, alternativ sığorta məhsullarının, o cümlədən takaful sığortasının tətbiqi əsas prioritetlərdən olacaq:

“Növbəti strateji dövrdə nəzərdə tutulan bu prioritetlərin risklərin daha effektiv idarə olunmasına, innovativ məhsulların bazara çıxarılmasına, istehlakçı tələbinə uyğunlaşdırılmış məhsul və xidmətlərin təqdim olunmasına və nəticə olaraq sektorun institusional potensialının reallaşmasına öz töhfəsini verəcəyinə inanırıq. Sığorta sektorunun gələcək inkişafının təmin olunması və müasir dövrün yaratdığı yeni çağırışlara çevik və adekvat cavab verilməsi yalnız qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq fəaliyyət nəticəsində mümkündür. Bu baxımdan sektorun inkişaf perspektivləri ətrafında açıq dialoqun aparılması, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Ə.Məmmədyarov əlavə edib ki, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi, müştəri məmnuniyyətinin artırılması və rəqəmsal innovasiyaların genişləndirilməsi də yeni strategiyada xüsusi yer tutur. Sığorta bazarında aparılan təkmilləşmələr sektorun dayanıqlığının möhkəmlənməsinə və inkişaf tempinin sürətlənməsinə mühüm töhfə verib: “Son illərdə əsas maliyyə göstəricilərində müsbət dinamika müşahidə olunur. Son iki il ərzində sığorta haqları 23 faiz artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57 faiz artaraq 0,9 milyard manata çatıb. Eyni zamanda, sektorun aktivləri 18 faiz artaraq 2,1 milyard manat olub. Sektorun kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənib, məcmu kapitalın həcmi requlyativ kapital tələbini iki dəfə üstələyib. Bu göstəricilər sığorta sektorunun sağlam inkişaf trayektoriyasında olduğunu və maliyyə sabitliyinin daha da möhkəmləndiyini nümayiş etdirir”.

Fərqanə ALLAHVERDIQIZI

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?