6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Moskvada Azərbaycanın şərabları və turizm imkanları təqdim edilib

Moskvada Azərbaycanın şərabları və turizm imkanları təqdim edilib

Moskvada Azərbaycanın Rusiyada ticarət nümayəndəsinin aparatı tərəfindən Azərbaycan məhsullarının və şərablarının “Made in Azerbaijan” brendi ilə növbəti təqdimatı və dequstasiyası təşkil edilib.

Tədbirdə Rusiyanın hökumət və biznes qurumlarının, turizm şirkətlərinin, ticarət şəbəkələrinin nümayəndələri və blogerlər iştirak ediblər. Tədbir iştirakçılarına Azərbaycan şərabları, eləcə də ölkəmizdə şərabçılığın inkişafı barədə məlumat verilib. Həmçinin Azərbaycan şərablarının Rusiya bazarında təşviqi, azərbaycanlı ixracatçıların Rusiya bazarına çıxışının genişləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Şərab üzrə ixtisaslaşan somelyelər tərəfindən təqdim olunan məhsulların üstünlükləri, istehsal prosesi, Azərbaycanda şərab istehsalının qədim tarixi barədə təqdimat nümayiş etdirilib.

Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun Rusiyada nümayəndəliyi tərəfindən ölkəmizin turizm imkanları barədə geniş təqdimat keçirilib, ölkəmizdə turizmin müxtəlif istiqamətlərinə dair buklet və digər materiallar təqdim edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?