6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AZPROMO Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub

AZPROMO Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda “Azərbaycan-Özbəkistan azad və sənaye iqtisadi zonalarının potensialı” mövzusunda keçirilən sessiyada və “Mərkəzi Asiyanın İnvestisiyaların Təşviqi Agentliklərinin Dəyirmi Masası: İnvestisiyaların birgə təşviqi üzrə regional platformanın qurulması” adlı tədbirdə təmsil olunub.

Panel sessiyada AZPROMO-nun nümayəndəsi ölkə təqdimatı ilə çıxış edərək Azərbaycanın biznes və investisiya mühiti, makroiqtisadi sabitliyi, qeyri-neft sektorunun inkişafı, nəqliyyat-logistika potensialı və investorlar üçün yaradılmış imkanlar barədə məlumat verib. Bildirilib ki, ölkəmiz regionda dayanıqlı iqtisadi göstəricilərə, əlverişli biznes mühitinə, müasir infrastruktura və investorlar üçün geniş təşviq mexanizmlərinə malik etibarlı tərəfdaş kimi çıxış edir.

Dəyirmi masada Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd edilib ki, investorların yerli tərəfdaşlarla əlaqələndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və rəqəmsal investisiya xidmətlərinin inkişafı Azərbaycanın regional dəyər zəncirlərində mövqeyinin gücləndirilməsinə töhfə verir.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?