6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İslam İnkişaf Bankı ilə dəyəri 640 milyon dollar olan 11 layihə icra mərhələsindədir

İslam İnkişaf Bankı ilə dəyəri 640 milyon dollar olan 11 layihə icra mərhələsindədir

Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlığa xüsusi önəm verir. Bank müstəqillik illərindən etibarən ölkəmizin sosial-iqtisadi inkişafına dəstək göstərib. Azərbaycan artıq 30 ildən çoxdur ki, İslam İnkişaf Bankının üzvüdür və bu müddət ərzində tərəfdaşlıq münasibətləri uğurla inkişaf edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

“İslam İnkişaf Bankı tərəfindən bu günədək Azərbaycanda ümumi dəyəri 1,8 milyard dollar olan maliyyələşdirmə əməliyyatları həyata keçirilib. Bu layihələrin böyük əksəriyyəti artıq uğurla başa çatdırılıb. Hazırda isə ümumi dəyəri 640 milyon dollar təşkil edən 11 layihə icra mərhələsindədir”, - deyə nazir qeyd edib.

Nazir İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casiri İİB Qrupunun növbəti dövr üçün sədri seçildiyinə görə təbrik edib və Azərbaycanla tərəfdaşlıqda uğurlar arzu edib.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?