6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti ilə görüş keçirilib

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti ilə görüş keçirilib YENİLƏNİB

İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşüb.

Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər Bankın ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdə iştirakı, o cümlədən dövlət-özəl tərəfdaşlığı təşəbbüslərinə cəlb olunması və müvafiq maliyyə alətlərindən istifadə imkanlarını nəzərdən keçiriblər.

Bildirilib ki, QDTİB ilə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın iqtisadi prioritetlərinə uyğun layihələrin dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

-----

15:54

“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşdük. Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini, Bankın ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələrə, o cümlədən dövlət-özəl tərəfdaşlığı təşəbbüslərinə cəlb olunması və müvafiq maliyyə alətlərindən istifadə imkanlarını nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?