6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya keçib

İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya keçib

İyunun 19-da İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının son günündə İİB-nin Müdirlər Şurasına sədrlik Azərbaycan Respublikasından Burkina Fasoya təhvil verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan tədbirdə İİB Qrupuna daxil olan qurumların fəaliyyətinin strateji istiqamətləri, əldə olunmuş nəticələr və qarşıdakı dövr üzrə prioritetlər nəzərdən keçirilib. Müzakirələr zamanı inklüziv iqtisadi inkişafın təşviqi, dayanıqlı maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, qlobal iqtisadi çağırışlar fonunda dayanıqlı inkişaf məqsədlərinə nail olunması, investisiya və maliyyələşdirmə imkanlarının artırılması, eləcə də üzv ölkələr arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrliyin Burkina Fasoya təhvil verilməsi mərasimi keçirilib.

Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupunun növbəti İllik Toplantıları 2027-ci ildə Ciddə şəhərində keçiriləcək.

Xatırladaq ki, İslam İnkişaf Bankının Müdirlər Şurasının 2025-ci il 19–22 may tarixlərində Əlcəzair şəhərində keçirilmiş iclasından sonra Şuraya sədrliyin həyata keçirilməsi Azərbaycan Respublikasına həvalə edilmişdi.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?