27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Misirin planlaşdırma və iqtisadi inkişaf naziri ilə görüş keçirilib

Misirin planlaşdırma və iqtisadi inkişaf naziri ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının daha səmərəli reallaşdırılması imkanlarını, qarşılıqlı fəaliyyəti təşviq edən biznes platformalarının formalaşdırılmasını və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Müzakirələr zamanı ticarət, investisiya, sənaye, enerji, turizm və digər istiqamətlərdə işbirliyinin inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.

-----

09:42

2026.06.19

“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma və iqtisadi inkişaf naziri Dr. Ahmed Rostom ilə görüşdük. Ölkələrimizin iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması imkanlarını, qarşılıqlı fəaliyyəti dəstəkləyən biznes platformalarının formalaşdırılmasını, ticarət, investisiya, sənaye, enerji, turizm və digər sahələrdə işbirliyinin təşviqini qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?