6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türk İnvestisiya Fondunun rəhbərliyi ilə görüş keçirilib

Türk İnvestisiya Fondunun rəhbərliyi ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev və Fondun baş direktoru Ramil Babayevlə görüşüb.

Görüşdə türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı və tərəfdaşlığın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələr müzakirə edilib. Tərəflər institusional əməkdaşlığın gücləndirilməsi, regional enerji bağlantılarının inkişafı, özəl sektorun təşviqi, dayanıqlı inkişafa xidmət edən layihələrin dəstəklənməsi və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə İİB Qrupunun İllik Toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Türk İnvestisiya Fondu arasında imzalanmış sazişin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, sənəd tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsinə, dövlət-özəl sektor tərəfdaşlığının stimullaşdırılmasına və birgə maliyyələşdirmə imkanlarının artırılmasına töhfə verəcək.

-----

16:38

“İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları zamanı Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev və baş direktoru Ramil Babayevlə görüşümüzdə türk dövlətləri ilə iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsini məmnunluqla qeyd etdik. İnstitusional proseslər, regional enerji bağlantılarının gücləndirilməsi, özəl sektorun təşviqi, dayanıqlı inkişafa təkan verən layihələr və maliyyə qurumları ilə fəal əməkdaşlıq istiqamətlərində səmərəli müzakirələr apardıq. İİB Qrupunun İllik Toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Türk İnvestisiya Fondu arasında imzalanan sazişin tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsinə, dövlət-özəl sektor tərəfdaşlığının stimullaşdırılmasına və birgə maliyyələşmə imkanlarının artırılmasına töhfələrini vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?