6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Regional əlaqələrin gücləndirilməsində dövlət-özəl tərəfdaşlığının roluna dair sessiya keçirilib

Regional əlaqələrin gücləndirilməsində dövlət-özəl tərəfdaşlığının roluna dair sessiya keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində "Regional bağlılığın gücləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığına dair sərhədlərarası infrastruktur layihələri" mövzusunda sessiya keçirilib.

Sessiyada çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin regional infrastrukturun inkişafında, özəl investisiyaların cəlb edilməsində və dayanıqlı iqtisadi artımın təmin olunmasında rolunu vurğulayıb. Azərbaycanın regional nəqliyyat və logistika əlaqələrinin inkişafı, dövlət-özəl tərəfdaşlığı sahəsində həyata keçirilən islahatlar və layihələr barədə məlumat verilib. Həmçinin İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığın əhəmiyyəti qeyd olunub, nəqliyyat, bərpa olunan enerji, su təhlükəsizliyi və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətə çatdırılıb.

Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom, “SOCAR Green” MMC-nin baş direktoru Elmir Musayev, İslam Özəl Sektorun İnkişafı Korporasiyasının Bankçılıq Departamentinin müvəqqəti baş meneceri Mohammad Aşek Moyid və digərləri çıxışlarında dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin regional nəqliyyat, enerji və digər infrastruktur layihələrinin maliyyələşdirilməsi, özəl investisiyaların cəlb edilməsi, sərhədlərarası əlaqələrin gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın təşviqində mühüm rol oynadığını vurğulayıblar.

Müzakirələrdə regional bağlılığın gücləndirilməsi məqsədilə dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən infrastruktur layihələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?