6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin ilk beş ayı ərzində 195 yeni dövlət standartı qəbul edilib

Bu ilin ilk beş ayı ərzində 195 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 195 yeni dövlət standartı qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkədə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Dövlət standartlarının sahələr üzrə bölgüsü:

Qida texnologiyası və kənd təsərrüfatı - 5

Nəqliyyat sahəsi - 29

Uşaq malları - 24

Sənədləşdirmə və nəşriyyat - 3

Energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika - 9

İdarəetmə və keyfiyyət - 3

Mebel sahəsi - 41

Hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər - 2

Neft-qaz, kimya və əlaqəli texnologiyalar - 5

Bina qurğuları - 2

Zərgərlik sahəsi - 1

Turizm - 4

Əməyin təhlükəsizliyi - 1

Tekstil və dəri texnologiyası - 33

Maşınqayırma - 32

İstehlak malları - 1

Hesabat dövründə 19 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 19 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 68 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?