6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin nümayəndə heyəti ilə görüş keçirilib

Çin nümayəndə heyəti ilə görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Sıçuan Əyalət Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə danışıb.

CCPIT-nin Sıçuan Şurasının və Siçuan Beynəlxalq Ticarət Palatasının prezidenti xanım Lyu Furonq təmsil etdiyi qurumun fəaliyyəti, Sıçuan əyalətinin iqtisadi potensialı və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Görüş zamanı yaşıl enerji, qida, içki və kənd təsərrüfatı sənayesi, logistika və təhsil sahələrində potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. Qarşı tərəf Azərbaycanı cari ildə Sıçuanda keçiriləcək beynəlxalq sərgi və tədbirlərdə iştirak etməyə, həmçinin sənaye parklarının fəaliyyəti ilə tanış olmağa dəvət edib.

Bu müstəvidə, birgə sənaye parklarının yaradılması sahəsində təcrübə mübadiləsi, eləcə də insan kapitalının inkişafı və sözügedən istiqamət üzrə təlimlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?