6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Regional rifah üçün ticarət və investisiyalarda risklərin azaldılması” mövzusunda panel sessiya keçirilib

“Regional rifah üçün ticarət və investisiyalarda risklərin azaldılması” mövzusunda panel sessiya keçirilib

16-19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumunda (“PSF 2026”) “Regional rifah üçün ticarət və investisiyalarda risklərin azaldılması” mövzusunda panel sessiyası keçirilib. Müzakirələrdə Azərbaycanın strateji qovşaq kimi rolu, ticarət və investisiya layihələrinin maliyyələşdirilməsi, həmçinin risklərin azalmasına yönələn alətlərin əhəmiyyəti vurğulanıb.

Tədbirin açılışında çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev regional bağlantıların, ticarət və investisiya əməkdaşlığının dayanıqlı iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edilib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında tranzit marşrutları, enerji şəbəkələri, logistika infrastrukturu və rəqəmsal bağlantılar yeni iqtisadi imkanlar yaradır. O, həmçinin risklərin azaldılması mexanizmlərinin ticarət və investisiya layihələrinin həyata keçirilməsində rolu barədə danışıb.

Dövlət qurumları, beynəlxalq maliyyə institutları, sığorta və risklərin idarə edilməsi üzrə təşkilatlar, eləcə də özəl sektor təmsilçilərinin iştirakı ilə baş tutan panel müzakirələrində investisiya və ticarət risklərinin azaldılması, ixrac kreditləri, investisiya sığortası, zəmanət mexanizmləri, regional layihələrin maliyyələşdirilməsi və özəl kapitalın cəlbi məsələləri barədə fikirlər səsləndirilib.

Sessiyada risklərin azaldılması mexanizmlərinin ticarət və investisiya imkanlarını praktik layihələrə çevirməsi, regional əlaqələrin gücləndirilməsi, investisiya maneələrinin aradan qaldırılması və özəl kapitalın səfərbər olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hökumətlər, inkişaf institutları, maliyyə təşkilatları və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi regional rifah və dayanıqlı iqtisadi artım üçün mühüm əhəmiyyət daşıyır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?