8 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub

Sessiya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə dayanıqlı və inklüziv iqtisadi artımın təşviqində ticarətin rolu, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, ticarət maliyyələşdirilməsi sahəsində mövcud çağırışların aradan qaldırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə ticarət maliyyəsi üzrə innovativ həllərin tətbiqi, təcrübə mübadiləsinin təşviqi və regional əlaqələrin inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirin açılış hissəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək regional ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və dayanıqlı inkişafın təmin olunmasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın regional bağlantıların möhkəmləndirilməsi, ticarətin asanlaşdırılması və beynəlxalq iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru Adib Yusif Əl-Aama tədbirin salamlama nitqində İƏT ölkələri arasında ticarət əməkdaşlığının gücləndirilməsinin və innovativ maliyyə alətlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Panel müzakirələrində Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rostom, (ITFC) baş icraçı direktoru Adib Yusif Əl-Aama, Özbəkistanın İpoteka Bankının İdarə Heyətinin sədri Umidcon Xakimov, eləcə də Azərbaycanın Rabitə Bankının baş icraçı direktoru Aydın Hüseynov çıxış edərək ticarət maliyyələşdirilməsinin inkişafı, özəl sektorun dəstəklənməsi və regional ticarətin genişləndirilməsi istiqamətində fikir və təcrübələrini bölüşüblər.

Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) İslam Maliyyəsi üzrə rəhbəri Madina Tukulovanın moderatorluğu ilə keçirilən sessiyada ticarət maliyyələşdirilməsi sahəsində tənzimləyici maneələrin aradan qaldırılması, maliyyə institutları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və kiçik və orta sahibkarlığın beynəlxalq bazarlara çıxış imkanlarının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı regional ticarətin inkişafı üçün innovativ maliyyə alətlərinin tətbiqi, uğurlu tərəfdaşlıq modellərinin təşviqi və İƏT-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Tədbirdə qeyd edilib ki, bu kimi platformalar ticarət əlaqələrinin dərinləşdirilməsi, dayanıqlı inkişafın dəstəklənməsi və regionda inklüziv iqtisadi artımın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?