12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində dialoq sessiyası keçirilib YENİLƏNİB

Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq” mövzusunda dialoq sessiyası keçirilib. İİB Qrupunun Müdirlər Şurasının sədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun Türkiyə Regional Mərkəzinin direktoru Valid Əbdülvahabın moderatorluğu ilə sualları cavablandırıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov balanslaşdırılmış regional inkişafın təşviqi, iqtisadiyyatın şaxələndirilməsi, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi, rəqəmsallaşma və özəl sektorun inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb. Eyni zamanda, regional əlaqələrin gücləndirilməsi və beynəlxalq nəqliyyat-logistika şəbəkələrində ölkəmizin rolunun artırılması məsələləri diqqət mərkəzində olub.

Bildirilib ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqların daha da möhkəmləndirilməsi, özəl investisiyaların təşviqi və regional inteqrasiyanın dərinləşdirilməsi vasitəsilə milli inkişaf prioritetlərinə töhfə verən layihələrin həyata keçirilməsini davam etdirir. Bu yanaşma iqtisadi artımın sürətləndirilməsinə, biznes fəallığının genişlənməsinə və vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir. Eyni zamanda, dayanıqlı iqtisadi inkişaf üçün əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarlığın dəstəklənməsi və özəl sektorun uzunmüddətli inkişafını təşviq edən təşəbbüslərin həyata keçirilməsi ölkənin əsas prioritetləri sırasındadır.

Sessiyada Azərbaycan ilə İİB Qrupu arasında əməkdaşlığın inkişaf perspektivləri də nəzərdən keçirilib. Qeyd olunub ki, Azərbaycan ilə İİB Qrupu arasında enerji, kənd təsərrüfatı, su ehtiyatlarının səmərəli idarə olunması, nəqliyyat və sosial infrastruktur və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir və bu layihələr ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verir.

Müzakirələrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı, o cümlədən İİB Qrupu ilə birgə icra olunan layihələr barədə məlumat verilib. Qeyd olunub ki, İİB-lə birgə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən su təsərrüfatı layihələri regionun kənd təsərrüfatı potensialının artırılmasına xidmət edir.

Müzakirələrdə Azərbaycan ilə İİB Qrupu arasında əməkdaşlığın genişləndirilməsinin dayanıqlı inkişaf, iqtisadi inteqrasiya və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

-----

16:25

İslam İnkişaf Bankı Qrupunun (İİB) Türkiyə Regional Mərkəzinin direktoru Valid Əbdülvahab ilə birlikdə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" sessiyasında ölkəmizin iqtisadi şaxələndirmə, yaşıl keçid və davamlı iqtisadi artıma əsaslanan inkişaf modelinin həyata keçirilməsi istiqamətində əldə etdiyi nəticələr və qarşıda duran prioritetlər barədə fikirlərimizi bölüşdük.

Müzakirələr zamanı balanslaşdırılmış regional inkişafın təşviqi, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi, özəl sektorun rolunun gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi kimi strateji istiqamətləri xüsusi vurğuladıq.

Məqsədimiz beynəlxalq tərəfdaşlıqları daha da möhkəmləndirməklə milli inkişafı dəstəkləyən, özəl investisiyaları cəlb edən, regional inteqrasiyanı dərinləşdirən və vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən layihələrin həyata keçirilməsinə töhfə verməkdir. Bununla yanaşı, dayanıqlı iqtisadi fəaliyyət üçün əlverişli mühit formalaşdıran və biznes subyektlərinin uzunmüddətli inkişafını təşviq edən təşəbbüslərin dəstəklənməsi prioritet olaraq qalır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?