6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüş keçirilib

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüş keçirilib YENİLƏNİB

İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

Görüşdə Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər 2025–2030-cu illəri əhatə edən Ölkə Tərəfdaşlığı Çərçivəsinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətləri nəzərdən keçiriblər.

Su təchizatının yaxşılaşdırılması, sosial infrastrukturun inkişafı və ekoloji dayanıqlılığın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin, özəl sektorun dəstəklənməsi, investisiya imkanlarının təşviqi və regional bağlantı layihələrində iştirak imkanları nəzərdən keçirilib.

-----

15:21

“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Dr. Əbdülhəmid Əlxəlifə ilə görüşümüzdə Azərbaycan-OPEC əməkdaşlığının başlıca istiqamətlərini nəzərdən keçirdik. 2025-2030-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin uğurlu icrası, su təchizatının, sosial infrastrukturun və ekoloji dayanıqlığın təkmilləşdirilməsi istiqamətində görülən işlər, özəl sektora dəstək və regional bağlantı layihələrində iştirak imkanları barədə müzakirələr apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?