6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tacikistanın iqtisadi inkişaf və ticarət naziri ilə görüş keçirilib

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə iqtisadi təşəbbüslərin təşviqi və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün sənaye, enerji, nəqliyyat-logistika və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, biznes dairələri arasında əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

-----

10:32

“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini müzakirə etdik. Ticarət və investisiya sahəsində birgə fəaliyyətin təşviqini, sənaye, enerji, nəqliyyat-logistika və digər sahələrdə işbirliyinin, o cümlədən biznes əlaqələrinin dərinləşməsini vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?