6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun payına düşür

Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun payına düşür

Özəl sektorun 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrasında özünəməxsus rolu olacaq. Hətta cənab Prezident müşavirədəki çıxışında məhz investorlara və özəl sektora çağırış etdi. Bu, onların nə dərəcədə əhəmiyyətli və proqramın icrasında aparıcı bir qüvvə olduğunu bir daha göstərir.

Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.

Nazir qeyd edib ki, yeni Dövlət Proqramı çərçivəsində dörd il yarım ərzində aqrar sektora 5,9 milyard manat investisiya cəlb olunması gözlənilir: “Bunun 3,7 milyard manatının özəl sektor tərəfindən, 2,2 milyard manatının isə dövlət tərəfindən yatırılması nəzərdə tutulur. Ümumilikdə, dövlətin buradakı rolu daha çox təşviqedici, administrativ, dəstəkverici, eləcə də müəyyən mənada maliyyələşdirici olacaq. Bu işlərin - investisiyaların qoyulmasının, torpaqların hazırlanmasının, tikintilərin həyata keçirilməsinin, texnikaların, heyvanların gətirilməsinin və fermaların qurulmasının birbaşa özəl sektor tərəfindən icra olunması nəzərdə tutulur. Bu baxımdan əlbəttə ki, özəl sektorun əhəmiyyəti çox böyükdür. Dövlətin investisiya qoyuluşunda verdiyi dəstək ümumi maliyyənin 35-40 faizidir və bu, özlüyündə təşviqedici bir xarakter daşıyır”.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?