29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilib.

Dialoq çərçivəsində islam maliyyəsi, rəqəmsal maliyyə, ticarət maliyyəsi və investisiya mexanizmlərinin DİM-lərin maliyyələşdirilməsində rolu, eləcə də özəl kapitalın səfərbər olunması, regional investisiya axınlarının genişləndirilməsi və sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Tədbir İslam İnkişaf Bankına üzv ölkələr arasında təcrübə mübadiləsinin təşviqi, innovativ maliyyələşdirmə alətlərinin tətbiqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verəcək tövsiyələrin formalaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Tədbirin açılış hissəsində iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icraçı katibi Hüseyn Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi üçün innovativ maliyyə alətlərinin və çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd edib. O, Azərbaycanın dayanıqlı maliyyə sahəsində həyata keçirdiyi təşəbbüslər və yaşıl investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini icra edən Nasar Hayat, Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabe, Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ maliyyə alətlərinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Dialoq çərçivəsində dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi üçün borc dayanıqlılığının təmin edilməsi, beynəlxalq inkişaf əməkdaşlığının gücləndirilməsi və daxili resursların səfərbər olunması məsələləri müzakirə olunub. Həmçinin, dayanıqlı inkişaf naminə özəl kapitalın cəlb edilməsində sərhədlərarası investisiya axınlarının, regional kapital bazarlarının, islam maliyyəsi alətlərinin və ticarət maliyyəsi mexanizmlərinin rolu ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı innovativ maliyyələşdirmə alətlərinin tətbiqi, yaşıl və dayanıqlı maliyyənin təşviqi, eləcə də inkişaf etməkdə olan ölkələrdə dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi üçün yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?