8 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib

İyunun 16-də Qarabağ iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının rəsmiləri, eləcə də Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.
Müşavirədə vurğulanıb ki, yeni Dövlət Proqramının əsas hədəfi aqrar sektorda məhsuldarlığı, rəqabət qabiliyyətini və ixrac potensialını artırmaq, həmçinin müasir suvarma, emal və logistika infrastrukturunu genişləndirməkdir. Regionun su təminatının yaxşılaşdırılması çərçivəsində bu il 250 min hektara yaxın ərazinin suvarma suyu ilə təmin ediləcəyi və mövcud su infrastrukturunun təkmilləşdiriləcəyi diqqətə çatdırılıb.

Tədbirin yekununda fermerlərin rəy və təklifləri dinlənilib, Dövlət Proqramının uğurla icra olunması və yerli istehsalın artırılması üçün dövlət qurumları, yerli icra hakimiyyətləri və özəl sektor arasında sıx koordinasiyalı fəaliyyətin vacibliyi xüsusi qeyd edilib.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?