6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda İİB Qrupunun İllik Toplantıları çərçivəsində İnvestisiya Perspektivləri Forumu keçirilir

Bakıda İİB Qrupunun İllik Toplantıları çərçivəsində İnvestisiya Perspektivləri Forumu keçirilir YENİLƏNİB

Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ali himayəsi altında, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə İnvestisiya Perspektivləri Forumu öz işinə başlayıb. İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin iştirakı ilə keçirilən tədbirə dövlət və özəl sektorun, beynəlxalq maliyyə institutlarının, investisiya fondlarının və çoxtərəfli inkişaf banklarının nümayəndələri qatılıb.

İqtisadiyyat naziri, İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri Mikayıl Cabbarov Forumun açılış mərasimində çıxış edərək, Azərbaycanın bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etməsinin ölkənin çoxtərəfli əməkdaşlığa, üzv dövlətləri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqlədiyini vurğulayıb. İllik Toplantılar çərçivəsində keçiriləcək müzakirələr, ikitərəfli görüşlər və müxtəlif tədbirlərin Azərbaycanın İslam maliyyə institutları ilə tərəfdaşlığının daha da güclənməsinə təkan verəcəyi qeyd edilib.

İnvestisiya Perspektivləri Forumunun Azərbaycanın sərmayə potensialının və strateji layihələrinin beynəlxalq investorlar və maliyyə institutlarına təqdim olunması, yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm platforma olduğu diqqətə çatdırılıb. Ölkəmizdəki mövcud makroiqtisadi sabitlik, əlverişli biznes mühiti barədə məlumat verilib. Strateji bağlantılar, rəqəmsal transformasiya və insan kapitalı Azərbaycanın investisiya cəlbediciliyini daha da artıran əsas amillər kimi qeyd olunub.

Forum “Azərbaycanda və regionda kapital, artım və imkanlar”, “Daşınmaz əmlak sahəsində investisiya imkanları”, “Azərbaycanın yaşıl keçidinin gücləndirilməsi: perspektivli investisiya imkanı kimi bərpa olunan enerji” mövzusunda panel sessiyalarla davam edir. Sessiyalarda Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq arasında formalaşan investisiya tendensiyaları, kapital axınları, prioritet sektorlar, Azərbaycanın şəhərsalma və infrastruktur layihələri, yaşayış, kommersiya və turizm təyinatlı aktivlər üzrə investisiya imkanları, eləcə də ölkəmizin bərpa olunan enerji gündəliyi, yaşıl maliyyələşmə alətləri, risklərin azaldılması mexanizmləri və regional enerji ixracı imkanları müzakirə ediləcək.

Xatırladaq ki, Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları öz işinə başlayıb. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunmuş mötəbər tədbirdə Qrupa üzv ölkələrin rəhbər şəxsləri, dövlət və özəl sektorun, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edir. İyunun 19-na kimi davam edəcək İllik Toplantılar iqtisadi əməkdaşlığın gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf prioritetləri üzrə müzakirələrlə davam edəcək.

-----

15:48

“İslam İnkişaf Bankının (İİB) prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə birlikdə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən İnvestisiya Perspektivləri Forumunda iştirak etdik. Bu Forum Azərbaycanın sərmayə potensialının və strateji layihələrinin beynəlxalq investorlara və maliyyə institutlarına təqdim olunması, yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm platformadır. Makroiqtisadi sabitlik, əlverişli biznes mühiti, strateji bağlantılar, rəqəmsal transformasiya və insan kapitalının ölkəmizin investisiya cəlbediciliyini daha da gücləndirdiyini vurğuladıq. Məqsədimiz investisiya imkanlarını dayanıqlı tərəfdaşlıqlara və real iqtisadi dəyərə çevirməkdir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?