6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xalis xarici maliyyə aktivləri 181,6 milyon ABŞ dolları artıb

Xalis xarici maliyyə aktivləri 181,6 milyon ABŞ dolları artıb

2026-cı ilin yanvar-mart ayları üzrə ölkənin xalis xarici maliyyə aktivləri 181,6 milyon ABŞ dolları artıb.

Azərbaycan Mərkəzi Bankının cari ilin ilk rübünə dair açıqladığı tədiyə balansı hesabatına əsasən, bu göstərici xaricə yönəldilən birbaşa investisiyalar (879,2 milyon dollar), portfel investisiyaları (51,7 milyon dollar) və digər investisiyalar (-749,3 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə 1 995 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunan birbaşa investisiyalar (65,8 milyon dollar), neft bonusu (0,4 milyon dollar), portfel investisiyaları (-2 013,3 milyard dollar) və digər investisiyalar (-47,9 milyon dollar) hesabına formalaşıb.

Birbaşa xarici investisiyalar üzrə xalis xarici maliyyə aktivləri 0,9 milyard dollar, xalis xarici maliyyə öhdəlikləri isə 0,1 milyard dollar artıb. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunan sərmayələrin ümumi məbləği 1,7 milyard dollar, xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyaların həcmi isə 1,1 milyard dolar olub. Ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77 faiz təşkil edib.

2026-cı ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis xarici maliyyə öhdəliklərinin (-0,3 milyard dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunan investisiya ilə (1,3 milyard dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (1,6 milyard dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?