6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Birləşmiş Krallıq iqtisadi əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

Azərbaycan və Birləşmiş Krallıq iqtisadi əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvud ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, innovasiya, rəqəmsallaşma və digər sahələrdə birgə fəaliyyət perspektivlərini nəzərdən keçiriblər.

Bununla yanaşı, qarşılıqlı investisiyaların təşviqi, qeyri-neft-qaz sektorunun inkişafı, texnologiya transferi, kiçik və orta biznesin dəstəklənməsi, özəl sektorun gücləndirilməsi və kapital bazarlarına çıxış kimi istiqamətlər əməkdaşlığın əsas prioritetləri kimi vurğulanıb. Görüşdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin və yeni investisiya təşəbbüslərinin təşviqinin əhəmiyyəti qeyd edilib.

-----

14:01

“Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvud ilə görüşdə ölkəmizlə iqtisadi münasibətlərin inkişaf istiqamətlərini qeyd etdik. Ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, innovasiya, rəqəmsallaşma və digər sahələrdə birgə fəaliyyət perspektivlərini, eləcə də qarşılıqlı investisiyaların davamlı təşviqi istiqamətində mümkün addımları dəyərləndirdik. Qeyri-neft sektorunun inkişafı, texnologiya transferi, kiçik və orta biznesin dəstəklənməsi, özəl sektorun gücləndirilməsi və kapital bazarlarına çıxış kimi əməkdaşlığın prioritet istiqamətlərini vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?