6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və AİİB strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və AİİB strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Şerard Kauper-Koulz ilə görüşüb.

Görüşdə Azərbaycan-AİİB strateji tərəfdaşlığının gücləndirilməsi, mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də ölkəmiz üzrə investisiya proqramının prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanın regional tranzit və logistika mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsi, nəqliyyat və infrastruktur sahələrində prioritet layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Bu çərçivədə birgə təşəbbüslərin və investisiya layihələrinin iqtisadi əlaqələrin dərinləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanıb.

-----

10:55

“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları zamanı Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti cənab Şerard Kauper-Koulz ilə görüşdük. Azərbaycan – AİİB strateji tərəfdaşlığının gücləndirilməsi və ölkəmiz üçün investisiya proqramının prioritetləri barədə müzakirələr apardıq. Azərbaycanın tranzit mərkəzi kimi rolunun genişləndirilməsini təmin edən infrastrukturun inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?