6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları keçirilir

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları keçirilir

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları öz işinə başlayıb. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunmuş mötəbər tədbirdə Qrupa üzv ölkələrin rəhbər şəxsləri, dövlət və özəl sektoun, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edir.

Toplantıların ilk günü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ali himayəsi altında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun tərəfdaşlığı ilə təşkil olunan 14-cü Özəl Sektor Forumu çərçivəsində HELF/AZHAB Forumu 2026, 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu - “Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə”, eləcə də regional inteqrasiya mövzularında sessiyalar, Azərbaycanın investisiya perspektivlərinə dair müzakirələr keçiriləcək. Çad Respublikasının maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri ilə dialoq təşkil olunacaq.

Bununla yanaşı, “Sərhədsiz Gənclik: Ortaq Regional Rifahın İnkişafı” mövzusunda sessiya, İslam İnkişaf Bankı Qrupunun, İslam Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyasının (ADFIMI) və İslam Ölkələrinin Podratçılar Federasiyasının (FOCIC) idarəetmə orqanlarının iclasları keçiriləcək.

İyunun 19-na kimi davam edəcək İllik Toplantılar iqtisadi əməkdaşlığın gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf prioritetləri üzrə müzakirələrlə davam edəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?