27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

2026-cı ilin ilk 5 ayı ərzində Bakı Limanında aşırılan quru yükün həcmi 950 203 ton təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 faiz artım deməkdir.

Bakı Beynəlxalq Dəniz Limanının məlumatına görə, aşırılan yüklərin əsas hissəsini Türkmənistandan gətirilərək Azərbaycan üzərindən tranzit daşınan kükürd və karbamid təşkil edib. Bununla yanaşı, Qazaxıstandan ixrac olunan mis, sink və digər əlvan metal məhsullarının daşınmasında da Bakı Limanının rolu əhəmiyyətli dərəcədə artıb.

Mövcud tendensiya və bazar iştirakçılarının yükdaşıma planları nəzərə alınaraq, növbəti aylarda da quru yük seqmentində artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?