27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 646 669,8 min manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin hesabatına görə, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 1368,2 manat təşkil edib.

Hesabat dövründə muxtar respublikada 226 057,5 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 8 faiz çoxdur. Sənaye məhsulunun 196 685,1 min manatı və ya 87 faizi malların, 29 372,5 min manatı və ya 13 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 82,2 faizi emal, 16,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?