6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın Serbiya ilə turizm əlaqələri inkişaf etdirilir

Azərbaycanın Serbiya ilə turizm əlaqələri inkişaf etdirilir

Azərbaycan Turizm Bürosu tərəfindən Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanı ilboyu cəlbedici turizm istiqaməti kimi tanıtmaq məqsədilə tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, Azərbaycan və Serbiya arasında münasibətlər dövlət başçılarının rəhbərliyi ilə formalaşmış güclü dostluq və strateji tərəfdaşlığa əsaslanır. O bildirib ki, qarşılıqlı vizasız rejim, həyata keçirilən birgə təşəbbüslər və Bakı-Belqrad arasında birbaşa aviareysin istifadəyə verilməsi iki ölkə arasında turizm əlaqələrinin inkişafına, turist mübadiləsinin artmasına və işgüzar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Tədbir çərçivəsində keçirilən B2B formatlı görüşlərdə 8 yerli turizm sənayesi nümayəndəsi, eləcə də "Air Serbia" təmsilçiləri daxil olmaqla Serbiyadan 30-a yaxın turizm şirkətinin nümayəndəsi iştirak ediblər. Seminar zamanı Azərbaycanın turizm məhsulları təqdim olunub, ölkənin ilboyu səyahət üçün cəlbedici istiqamət kimi təşviqi və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, mayın 3-dən etibarən "Air Serbia" tərəfindən Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirilir. Bakı-Belqrad marşrutu istifadəyə verildiyi gündən etibarən yüksək tələbatla qarşılanıb və reysin orta doluluq göstəricisi 87 faiz təşkil edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?