6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Danimarka ilə dövlət-özəl tərəfdaşlığı modelində işbirliyi imkanları barədə müzakirələr aparılıb

Danimarka ilə dövlət-özəl tərəfdaşlığı modelində işbirliyi imkanları barədə müzakirələr aparılıb YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və “Novo Nordisk Azərbaycan” əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Danimarka arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin şaxələndirilməsi imkanları müzakirə olunub.

Tərəflər ölkələrimizin iqtisadi əməkdaşlıq gündəliyində yer alan prioritet istiqamətləri nəzərdən keçirərək, müxtəlif sahələrdə işgüzar əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycanın əlverişli investisiya mühiti, özəl sektorun inkişafı və beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı “Novo Nordisk Azərbaycan” şirkətinin ölkəmizdəki fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması, innovativ həllərin tətbiqi və dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyəti qeyd edilib.

-----

14:14

"Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və "Novo Nordisk Azərbaycan" əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi potensialını vurğuladıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

"Novo Nordisk Azərbaycan" şirkətinin fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması və dövlət-özəl tərəfdaşlığı modelində işbirliyi imkanları barədə müzakirələr apardıq", - nazir əlavə edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?