19 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlk beş ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib

2026-cı ilin yanvar–may aylarında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 501,0 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 16 365,7 milyon manat təşkil edib ki, bu da proqnozu 265,0 milyon manat və ya 1,6 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 825,3 milyon manat təşkil edərək proqnozdan 130,3 milyon manat və ya 1.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 534,0 milyon manat təşkil edərək proqnozdan 10,0 milyon manat və ya 0,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edərək proqnozdan 2,6 milyon manat və ya 13,3 faiz, sair daxilolmalar 352,4 milyon manat təşkil edərək proqnozdan 227,4 milyon manat və ya 181,8 faiz çox, Dövlət Neft Fondundan transfert isə 5 350,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat təşkil edərək proqnoza qarşı 72,8 faiz icra olunub.

Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 852,7 milyon manat proqnoza qarşı 13 375,2 milyon manat məbləğində icra edilib ki, bu da 96,6 faiz təşkil edir.

2026-cı ilin yanvar-may ayları ərzində icmal büdcənin gəlirləri 19 865,3 milyon manat, xərcləri isə 15 611,5 milyon manat məbləğində icra edilib.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?