19 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri barədə məlumat verilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Latviyanın Riqa şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının plenar sessiyasında iştirak edib.

Sessiyada AYİB-in 2025-ci il üzrə İllik İcmalı, 2026–2030-cu illər üçün Strateji və Kapital Çərçivəsi, 2023-cü il kapital artımı üzrə öhdəliklərin icrasına dair hesabat, strategiyanın icra planı, eləcə də Bankın institusional fəaliyyəti və maliyyə hesabatları müzakirə olunub. Tədbirdə AYİB-in gələcək fəaliyyət prioritetləri, dayanıqlı iqtisadi artımın təşviqi, yaşıl və rəqəmsal transformasiya, özəl sektorun inkişafı, iqtisadi dayanıqlılığın gücləndirilməsi, insan kapitalına investisiyalar və regional əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev plenar sessiyada “Münaqişələrin təsirinə məruz qalan iqtisadiyyatların dəstəklənməsində AYİB-in rolu” mövzusunda keçirilən dəyirmi masada çıxış edib. Münaqişələrin iqtisadiyyata, investisiyalara və regional əlaqələrə təsiri vurğulanıb, bərpa prosesinin yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmadığı, həmçinin iqtisadi fəallığın canlandırılması, özəl sektorun dəstəklənməsi və uzunmüddətli dayanıqlılığın təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və reinteqrasiya prosesi, infrastrukturun inkişafı, məşğulluğun artırılması, kiçik və orta biznesin təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət nəzərə çatdırılıb. AYİB-in özəl investisiyaların cəlbi, idarəetmənin təkmilləşdirilməsi, enerji təhlükəsizliyi və bağlantı layihələrinin dəstəklənməsi vasitəsilə münaqişələrdən təsirlənən iqtisadiyyatların inkişafına mühüm töhfə verə biləcəyi bildirilib.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?