14 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşlər keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu - 2026 çərçivəsində bir sıra görüşlər keçirib. Görüşlərdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye kooperasiyası, regionlararası tərəfdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində həmçinin, Dağıstan Respublikası Hökumətinin sədri Maqomed Ramazanovla görüş keçirilib. Görüşdə Azərbaycan ilə Dağıstan arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi, logistika imkanlarından daha səmərəli istifadə, regionlararası əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Qeyd olunub ki, 2007-ci ildə təsis edilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın faəliyyətinin genişləndirilməsi əməkdaşlığın inkişafına töhfə verə bilər.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev ilə keçirilən görüşdə Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər və regionlararası əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bununla yanaşı, ixrac əməkdaşlığının genişləndirilməsi və ixrac həcminin artırılması məqsədilə qarşı tərəfə potensial məhsulların siyahısı təqdim olunub.

Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak ilə görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Görüşdə ticarət dövriyyəsinin artırılması, o cümlədən elektron ticarət, investisiya və logistika sahəsində əməkdaşlığının genişləndirilməsi, biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi, nəqliyyat sahəsində icra olunan layihələr, qarşılıqlı maraq doğuran yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Kareliya Respublikasının rəhbəri Artur Parfençikov ilə keçirilən görüşdə iqtisadi-ticarət əlaqələrin inkişafı, sənaye sahəsində əməkdaşlıq imkanları və milli-mədəni birliklər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, humanitar və mədəni əməkdaşlığın da regionlararası tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Görüşdə nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, Xəzər regionunda iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və biznes dairələri arasında əlaqələrin təşviqi məsələlərinə xüsusi diqqət yetirilib.

Elnur Əliyev, həmçinin Krasnoyarsk diyarı qubernatorunun birinci müavini və Qubernator Administrasiyasının rəhbəri Sergey Ponomarenko ilə görüşüb. Görüşdə iqtisadi-ticarət, sənaye, investisiyaların təşviqi və regionlararası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün mövcud imkanları nəzərdən keçirərək, daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə müxtəlif mexanizmlər və alətlər barədə fikir mübadiləsi aparıblar.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?