6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti haqqında məlumatlandırılıb

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti haqqında məlumatlandırılıb

Pekində Çin şirkətlərinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının təşviqi məqsədilə tədbir keçirilib. Tədbir Çin-Avropa Texniki və İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CEATEC) Sənayenin Xarici Bazarlara Çıxışı üzrə İşçi Komitəsi və Azərbaycanın Çində ticarət nümayəndəsi aparatının birgə təşkilatçılığı ilə təşkil olunub.

Çin-Avropa Texniki və İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CEATEC) Sənayenin Xarici Bazarlara Çıxışı üzrə İşçi Komitəsinin sədri Qon Vanson tədbirin Çin şirkətlərinin Azərbaycan bazarı ilə daha yaxından tanış olması və ikitərəfli işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Azərbaycanın Çində ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin iqtisadi inkişaf prioritetləri, əlverişli coğrafi mövqeyi, regional bağlantı imkanları və investorlar üçün yaradılmış fürsətlər barədə danışıb. Çinlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb, Çin şirkətlərinin Azərbaycan vasitəsilə region bazarlarına çıxış imkanları vurğulanıb.

Tədbirdə Azərbaycanda xarici investorlar üçün tətbiq olunan dəstək mexanizmləri, investisiya təşviqi alətləri haqqında təqdimat olub.

“Sino-Foreign Economic Cooperation (Beijing) Science & Trade Co., Ltd.” şirkətinin baş direktor müavini, Pekin şəhərindəki Azərbaycan Ticarət Evinin məsul nümayəndəsi Ma Yüe “Made in Azerbaijan” məhsullarının Çin bazarında təşviqi və satış kanallarının genişləndirilməsi istiqamətində görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

Tədbir çərçivəsində şirkət nümayəndələri ilə tərəfdaşlığa dair müzakirələr aparılıb, Azərbaycan bazarına çıxış, investisiya layihələrində iştirak, yerli tərəfdaşlarla əməkdaşlıq, idxal-ixrac prosedurları və logistika marşrutları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi olub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?