6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda icma nümayəndələri ilə görüş keçirib

4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda icma nümayəndələri ilə görüş keçirib

Görüşdə dövlət və özəl təşkilatların insan resursları üzrə məsul şəxslər, eləcə də universitetlərin karyera mərkəzlərinin rəhbərləri iştirak ediblər. Tədbirdə gələcəyin əmək bazarında tələb olunan bacarıqlar, rəqəmsal transformasiya dövründə kadr hazırlığının prioritetləri və “4Sİ Akademiyası - Milli Proqram”ın nəticələri barədə tərəfdaşlarla məlumat mübadiləsi aparılıb.

4SİM-in icraçı direktoru Fariz Cəfərov çıxışında Milli Proqramın əvvəlki mərhələsinin uğurla icrasında göstərdikləri dəstəyə görə icma üzvlərinə təşəkkür edib. Bildiriilib ki, dövlət qurumları, özəl sektor və universitetlərlə qurulan əməkdaşlıq Milli Proqramın daha geniş auditoriyaya çatdırılmasında, vətəndaşların rəqəmsal bacarıqlarının artırılmasında və ölkənin insan kapitalının inkişafında mühüm rol oynayıb.

Tədbirdə 2030-cu ilə doğru əmək bazarının dəyişməsi, texnologiya, yaşıl keçid, geoiqtisadi dəyişikliklər, iqtisadi qeyri-müəyyənlik və demoqrafik trendlərin iş dünyasına təsiri barədə məlumat verilib. Bildirilib ki, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, bulud texnologiyaları və avtomatlaşdırma kimi texniki bacarıqlarla yanaşı, analitik düşüncə, liderlik, çeviklik, yaradıcı düşüncə, ömürboyu öyrənmə və əməkdaşlıq kimi yumşaq bacarıqlar da əmək bazarında xüsusi əhəmiyyət kəsb edəcək. Təqdimatda, həmçinin insan resursları sahəsində süni intellekt alətlərindən istifadə, bacarıqların inkişafı ekosistemi və gələcəyin HR modelləri barədə məlumat verilib.

Görüş zamanı “4Sİ Akademiyası - Milli Proqram”ın əvvəlki mərhələsi üzrə nəticələr də təqdim olunub. 2025-2026-cı illəri əhatə edən mərhələdə proqramdan 67 mindən çox istifadəçi faydalanıb, 107 mindən artıq sertifikat əldə edilib. Azərbaycan dilinə tərcümə olunmuş 2500 təlim üzrə isə 18 600-dən çox istifadəçi 57 mindən artıq təlim götürüb və 41 700-dən çox təlim tamamlanıb.

“Milli Proqram”ın daha bir il uzadılması barədə tərəfdaşlara məlumat verilib. Bildirilib ki, proqramın 3-cü mərhələsinin 22 iyun 2026-cı ildə başlanması gözlənilir. Yeni mərhələdə daha 750 təlimin Azərbaycan dilinə tərcümə olunması, “Coursera” platformasının təqdim etdiyi “Course Builder” imkanları vasitəsilə yerli dildə təlim materiallarının platformaya yerləşdirilməsi və proqramın təsirinin əlavə məlumatlar əsasında ölçülməsi nəzərdə tutulur.

“4Sİ Akademiyası - Milli Proqram” rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədilə rəqabətli insan kapitalının inkişafına dəstək məqsədilə həyata keçirilir. Proqram çərçivəsində süni intellekt, data elmi, kibertəhlükəsizlik, layihə idarəetməsi, biznes, rəqəmsal savadlılıq, generativ Sİ, prompt mühəndisliyi, insan resurslarının idarə olunması və digər aktual istiqamətlər üzrə öyrənmə imkanları təqdim olunur.

Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm və sənaye klasteri 4.0” formalaşdırılması təşəbbüsünə xidmət edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?