6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sənaye zonalarına yatırılan investisiyanın həcmində əhəmiyyətli artım qeydə alınıb

Sənaye zonalarına yatırılan investisiyanın həcmində əhəmiyyətli artım qeydə alınıb

2026-cı ilin birinci rübündə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına yatırılan investisiyanın həcmində əhəmiyyətli artım qeydə alınıb.

Agentlikdən verilən məlumata görə, 2025-ci ilin birinci rübündə İZİA-nın idarəçiliyində olan sənaye zonalarına sahibkarlar tərəfindən 30,6 milyon manat investisiya qoyulmuşdusa, cari ilin eyni dövründə bu göstərici 158,7 milyon manata yüksəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.

Sənaye zonalarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentlərinə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mühüm vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 10 il müddətində ƏDV və gömrük rüsumu tətbiq edilmir. Bu güzəştlər investorların xərclərinin optimallaşdırılmasına, istehsal imkanlarının genişləndirilməsinə və yeni investisiyaların cəlbinə əlavə stimul yaradır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?