27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması imkanı müzakirə olunub

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması imkanı müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentliyin məlumatına görə, görüşdə Azərbaycanın investisiya mühiti, regional bağlantılar və nəqliyyat-logistika potensialı barədə məlumat verilib.

Tərəflər yaşıl enerji, sənaye və texnologiya transferi üzrə Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndiriblər. Bu çərçivədə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması imkanı müzakirə olunub. Qeyd edilib ki, belə bir platforma iki ölkənin sahibkarları arasında müntəzəm dialoqun təşkili, qarşılıqlı məlumat mübadiləsi və ortaq təşəbbüslərin reallaşdırılması baxımından faydalı ola bilər.

Bununla yanaşı, investisiya imkanlarının təqdimatı və Azərbaycan-Almaniya işgüzar tərəfdaşlığının gücləndirilməsi məqsədilə Almaniya tərəfi 16-19 iyun tarixlərində Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçiriləcək Özəl Sektor Forumuna və 25-26 sentyabr tarixlərində təşkil olunması planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?