6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AZPROMO Belarusda bir sıra görüşlər keçirib

AZPROMO Belarusda bir sıra görüşlər keçirib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Minsk şəhərində keçirilən Belarus–Azərbaycan biznes forumu çərçivəsində Agentliyin nümayəndələri bir sıra görüşlər keçiriblər.

Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyində görüş

Belarusun antiinhisar tənzimlənməsi və ticarət nazirinin müavini Oleq Dikun ilə görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti, tərəfdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Azərbaycanın Belarusdakı Ticarət Evinin fəaliyyəti, Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və qarşılıqlı ticarətin artırılması imkanları müzakirə olunub. Bu istiqamətdə ixrac potensialı olan məhsullar üzrə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Belarus Ticarət və Sənaye Palatasının sədri ilə görüş

Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov ilə görüşdə biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, birgə tədbirlərin təşkili, sərgi və forumlarda qarşılıqlı iştirak imkanları nəzərdən keçirilib. Tərəflər bir-birini ölkələrində keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət ediblər. Bu kontekstdə Minskdə 30 sentyabr – 2 oktyabr tarixlərində keçiriləcək “İnnoProm” sərgisi və cari ilin sentyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qeyd olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?