6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan şirkəti Belarus Universal Əmtəə Birjasında Sİ texnologiyaları tətbiq edəcək

Azərbaycan şirkəti Belarus Universal Əmtəə Birjasında Sİ texnologiyaları tətbiq edəcək

Belarus Universal Əmtəə Birjası (BUƏB) və süni intellekt (Sİ) texnologiyaları əsasında avtomatlaşdırma sistemlərinin tərtibatçısı "Aigen Solutions" (Azərbaycan) anlaşma memorandumu imzalayıblar.

Əmtəə Birjasının məlumatına görə, sazişin imzalanması İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə təşkil olunan Azərbaycanın işgüzar dairələrinin nümayəndə heyətinin BUƏB-ə səfəri çərçivəsində baş tutub.

Memoranduma əsasən, tərəflər birja ticarətinin təşkili və keçirilməsi ilə bağlı biznes-proseslərin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün Sİ texnologiyalarının tətbiqi üzrə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar. Sİ həllərinin BUƏB-in infrastrukturuna və əməliyyat fəaliyyətinə inteqrasiyası qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri olacaq ki, bu da böyük həcmli məlumatların təhlilini, bazar meyillərinin proqnozlaşdırılmasını və risklərin idarə edilməsini avtomatlaşdırmağa imkan verəcək. Bundan əlavə, BUƏB və "Aigen Solutions" ticarət sahəsində rəqəmsal texnologiyaların tətbiqi üzrə müntəzəm məsləhətləşmələr və təcrübə mübadiləsi təşkil etmək, həmçinin Sİ həllərinin birja fəaliyyətinin real şəraitində sınaqdan keçirilməsinə yönəlmiş birgə layihələr həyata keçirmək niyyətindədirlər.

Hazırda BUƏB-də Azərbaycan Respublikasının 218 rezidenti akkreditasiyadan keçib. 2026-cı ilin 5 ayının yekunlarına görə, Belarus və Azərbaycan arasında birja mal dövriyyəsi 15 faiz artaraq 48 milyon dollara çatıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?