6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb

Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb

Azərbaycanın turizm sənayesinin nümayəndələri Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Bürosu və Ümumdünya Turizm Təşkilatları Alyansı tərəfindən təşkil olunan Çin-Azərbaycan turizm dialoqunda iştirak ediblər.

Dövlət Turizm Agentliyinin məlumatına görə, tədbirdə hər iki ölkənin dövlət və özəl turizm qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri və turizm sənayesinin aparıcı ekspertləri iştirak ediblər.

Qeyd olunub ki, yerli turizm potensialının Çin bazarında təşviqini gücləndirmək məqsədilə bu ilin may ayının 29-da Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açılışı baş tutub.
Əməkdaşlığın inkişafı turist axınının artımı ilə müşayiət olunur. Belə ki, cari ilin yanvar-aprel aylarında Çindən Azərbaycana gələnlərin sayı ötən illə müqayisədə 9,5 faiz artaraq 14 303 nəfər təşkil edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?