6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İndiyədək BTC boru kəməri ilə 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

İndiyədək BTC boru kəməri ilə 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

Bu günədək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib.

Energetika Nazirliyinin məlumatına görə, bu göstərici kəmər vasitəsilə nəql edilən xam neftin yükləndiyi ilk tankerin yola salınmasının 20 illiyinə təsadüf edir. Belə ki, düz 20 il əvvəl – 2006-cı il iyunun 4-də BTC boru kəməri ilə nəql edilən ixrac xam nefti yüklənmiş ilk tanker yola salınıb. 2006-cı ilin iyun ayında istismara verilən bu kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 10-da başlanılıb və xam neft Ceyhan terminalına 2006-cı il mayın 28-də çatıb.

Qeyd edək ki, BTC boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft və "Şahdəniz" yatağından hasil olunan kondensat nəql edilir. Səngəçal terminalından başlayan kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?