6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qarğıdalı bitkisinin əkin sahələrinin sığortası başlanıb

Qarğıdalı bitkisinin əkin sahələrinin sığortası başlanıb

Ölkə üzrə qarğıdalı sahələrinin sığortası başlanılıb. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən leysan yağışlardan qorumağa imkan verir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə, fermerlər qarğıdalı sahələrini sərfəli şərtlərlə sığortalaya bilərlər.

Mil-Muğan bölgəsində qarğıdalının çoxsaylı risklərdən sığortalanması 15 manat, Şirvan-Salyan bölgəsində 17 manat, Şəki-Zaqatala bölgəsində 58 manat, Qazax-Tovuz bölgəsində isə 38 manata başa gələcək.

Qeyd edək ki, qarğıdalı aqrar sığorta üzrə ən çox zərər ödənişi edilən bitkilərdəndir. ASF qarğıdalı sahələri üzrə fermer və təsərrüfatlara indiyədək 777 min manat ödənişlər həyata keçirib və bu ödənişlər hər gün artmaqdadır. Qarğıdalı sahələri üzrə ödənişlərin əsas hissəsi Balakən, Tovuz, Ağsu, Hacıqabul və Ağcabədi rayonlarında həyata keçirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?