6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Banqladeşlə neft və LNG tədarükü, Almaniya ilə isə qaz təchizatı müzakirə edilib

Banqladeşlə neft və LNG tədarükü, Almaniya ilə isə qaz təchizatı müzakirə edilib

"Bakı Enerji Həftəsi" çərçivəsində energetika naziri Pərviz Şahbazov Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmudla və Almaniyanın "VNG AG" şirkətinin İdarə Heyətinin sədri Ulf Heitmüller ilə enerji sahəsində əməkdaşlıq və gələcək perspektivləri müzakirə edib.

Nazirlikdən verilən məlumata görə, İqbal Həsən Mahmudla görüşdə təchizat mənbələrinin şaxələndirilməsi, neft və LNG tədarükü üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, SOCAR ilə Banqladeş şirkətləri arasında tərəfdaşlığın genişləndirilməsi və D-8 formatında əməkdaşlığın vacibliyi vurğulanıb.

"VNG AG" şirkəti ilə isə qaz təchizatı, enerji keçidi və aşağı karbon həlləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanda icra olunan 11 sənaye miqyaslı günəş və külək enerjisi layihəsi, batareya enerji saxlama sistemləri, eləcə də şəbəkənin modernləşdirilməsi xüsusi qeyd edilib. Bu layihələrin daxildə qaza qənaət etməklə ixrac imkanlarını artıracağı bildirilib. Eyni zamanda gələcək enerji sistemində hidrogen və biometanın rolu, həmçinin Azərbaycan, Türkiyə və Avropa istiqamətində elektrik enerjisi interkonnektor layihələrinin əhəmiyyəti dəyərləndirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?