6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR ilə “Boston Consulting Group” (BCG) şirkəti arasında “Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” (Caspian Methane Emissions Abatement Accelerator) təşəbbüsünün icrasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və BCG şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri imzalayıblar.

Qeyd edək ki, 4 iyun 2025-ci il tarixində “Bakı Enerji Forumu” çərçivəsində SOCAR “BCG” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində, 2030-cu ilə qədər metan emissiyalarının minimuma endirilməsi istiqamətində fəaliyyəti sürətləndirmək üçün “Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” təşəbbüsünü irəli sürüb.

Təşəbbüs Xəzər regionunda metan emissiyalarının azaldılması üzrə əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqat və araşdırmaların aparılması, metan emissiyalarının azaldılmasına yönəlmiş birgə layihələrin icrası, qarşılıqlı bilik mübadiləsi və effektiv təcrübələrin tətbiqi, Xəzər regionunda neft-qaz əməliyyatları zamanı emissiya azaldılması tədbirlərinin təşviq edilməsi məqsədi daşıyır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?