6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat nazirinin müavini Almaniyanın “VNG AG” şirkətinin rəhbəri ilə görüşüb

İqtisadiyyat nazirinin müavini Almaniyanın “VNG AG” şirkətinin rəhbəri ilə görüşüb

İqtisadiyyat nazirinin müavini Anar Axundov "Bakı Enerji Həftəsi" çərçivəsində Almaniyanın “VNG AG” şirkətinin İdarə Heyətinin sədri Ulf Heitmüller ilə görüş keçirib.

Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi beynəlxalq arenada artan rolu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan enerji sahəsində Avropa tərəfdaşları ilə davamlı əməkdaşlığa önəm verir. Tərəflər “VNG AG” ilə mövcud enerji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib.

Həmçinin tərəfdaşlığın yeni istiqamətləri, enerji keçidi prosesi, aşağı karbonlu həllər sahəsindəki imkanlar və iki ölkə arasında təcrübə mübadiləsi məsələləri ətraflı nəzərdən keçirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?