6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) öz işinə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgidə yerli KOB-lar da təmsil olunur. Agentlik KOB-lara dəstək məqsədilə qurduğu xüsusi stenddə alternativ və bərpa olunan enerji, aqrar texnologiyalar, sənaye, İKT, avtomatlaşdırma sistemləri, ekologiya və ətraf mühit xidmətləri sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənir.

KOB-ların sərgidə iştirakına göstərilən dəstək onların neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılmasına, əməkdaşlıq imkanlarının genişləndirilməsinə, məhsul və xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, eləcə də satış və bazarlara çıxış imkanlarının artırılmasına xidmət edir. “Caspian Oil & Gas” sərgisində iştirak etməklə KOB subyektləri neft-qaz və energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqələr quracaq, məhsul və xidmətlərini yerli və xarici şirkətlərə təqdim edəcək, potensial təchizatçı kimi fəaliyyət imkanlarını genişləndirəcək, eləcə də yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları əldə edəcəklər.

“Caspian Oil & Gas” sərgisi iyunun 3-dək davam edəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?