6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tatarıstanla iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

Tatarıstanla iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsi çərçivəsində Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.

Görüşdə Azərbaycan-Tatarıstan iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi və işgüzar dairələr arasında tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Bundan başqa, Birgə Sənaye Parkı layihəsinin reallaşdırılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin təşviqi, eləcə də Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

-----

16:23

"Bakı Enerji Həftəsi" çərçivəsində Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşmək xoş oldu. Azərbaycan - Tatarıstan iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsini və işgüzar dairələr arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsini qeyd etdik. Birgə Sənaye Parkı layihəsinin reallaşdırılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin təşviqi və Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə müzakirələrimiz oldu”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?