20 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri  müəyyənləşdirilib

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Qərarına əsasən, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli avtomobil yolu kimi müəyyən edilmiş 81,3 kilometrlik hissəsi ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiq edilib.

Məlumata əsasən, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, turizm potensialınından istifadənin və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu tikilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 aprel tarixli 91 nömrəli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır.

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərinin təsdiq edilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib və Şuranın 2026-cı il 1 iyun tarixində keçirilmiş növbəti iclasında məsələyə baxılıb.

Nəqliyyat vasitələrinin alternativ avtomobil yolu ilə gedişi üçün ödənişin məbləği ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 8,6 qəpik (bütün yol üçün 6,99 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə ödənişin məbləği 1 km üçün 10,6 qəpik (bütün yol üçün təxminən 8,62 manat) təşkil edəcək. Avtobuslar üzrə bu yolun 1 km-i üçün ödənişin məbləği 7,1 qəpik (bütün yol üçün 5,77 manat), qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələrinin ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 17,7 qəpik (bütün yol üçün 14,39 manat) müəyyənləşdirilib.

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ənənəvi yoldan 19,7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması istifadəçilərə vaxtla yanaşı, yanacağa da qənaət etməyə imkan verəcəkdir.

İclasda, həmçinin avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.

Qeyd edək ki, bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?