6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır

AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır

bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq AÇG tərəfdaşları – “SOCAR”, “MOL”, “INPEX”, “ExxonMobil”, “TPAO” və “ONGC Videsh” – adından bu gün elan edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatları başlanıb. Bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.

bp şirkətindən verilən məlumata görə, mövcud Qərbi Çıraq platformasından qazılmış ilk STQ quyusu AÇG-nin irihəcmli sərbəst təbii qaz ehtiyatları potensialının açılması istiqamətində atılan ilk mühüm addımdır. İlkin hasilatla yanaşı, bu quyu lay-kollektor və axın haqqında vacib məlumatlar əldə edilməsini təmin etməklə gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir.

AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür.

AÇG yatağında ilk STQ hasilatı əməliyyatları ötən il qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdir.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndəriləcək ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?