1 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində görüşlərin birinci mərhələsi başa çatıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində proqrama qoşulan müəssisələrin rəhbərliyi ilə yol xəritələrinin icra mərhələsinə dair görüşlər yekunlaşıb.

Mərkəzin məlumatına görə, görüşlər zamanı 4SİM və tərəfdaş qurumların nümayəndələri tərəfindən müəssisələrin icra mərhələsi üzrə sualları cavablandırılıb, prioritetləşdirilmiş layihələrin həyata keçirilməsi, zaman çərçivələri, rəqəmsal həllərin tətbiqi və transformasiya proseslərinin mərhələli icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, müəssisələrə implementasiya mərhələsində ekspert dəstəyinin davam etdiriləcəyi bildirilib.

“Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində icra olunan proqramın cari mərhələsində metallurgiya, qida sənayesi, ağır sənaye, tikinti və pərakəndə satış kimi müxtəlif sahələri təmsil edən 15 yerli müəssisə iştirak edir. Proqram çərçivəsində müəssisələrdə texnoloji və yaşıl diaqnostika aparılıb, rəqəmsal transformasiyaya hazırlıq səviyyəsi beynəlxalq metodologiyalar əsasında qiymətləndirilib və hər bir müəssisə üçün fərdiləşdirilmiş rəqəmsal transformasiya üzrə yol xəritələri hazırlanıb. Qiymətləndirmə nəticəsində müəssisələr üzrə ümumilikdə 400-dən çox potensial tətbiq nümunəsi (use-case) müəyyən edilib, onlardan 80-ə yaxını texniki-iqtisadi əsaslandırma ilə prioritetləşdirilərək icra mərhələsinə keçirilib.

Hazırlanan yol xəritələri çərçivəsində müəssisələrdə istehsal və planlama proseslərinin rəqəmsallaşdırılması, ERP-istehsalat sistemlərinin inteqrasiyası, real vaxt rejimində istehsalat monitorinqi, rəqəmsal keyfiyyət idarəetməsi, anbar və təchizat zəncirinin optimallaşdırılması, proqnozlaşdırıcı texniki xidmət, enerji idarəetməsi və rəqəmsal performans idarəetmə sistemlərinin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, süni intellekt əsaslı həllər vasitəsilə tələbin proqnozlaşdırılması, vizual keyfiyyət yoxlaması, istehsalatda anomaliyaların aşkarlanması, süni intellekt dəstəkli qərarvermə panelləri və proses optimallaşdırılması kimi tətbiqlər də proqramın əsas transformasiya istiqamətlərindəndir.

Proqram çərçivəsində müxtəlif müəssisələrdə artıq Sİ əsaslı istehsalat asistenti, Sİ ilə qaynaq keyfiyyətinə nəzarət, proseslərin avtomatlaşdırılması, ağıllı texniki xidmət sistemləri və enerji optimallaşdırma həlləri kimi layihələr prioritetləşdirilib.

Qeyd edək ki, strategiyanın əsas təşəbbüslərindən biri olan proqram çərçivəsində 2030-cu ilədək ümumilikdə 65 müəssisənin Sənaye 4.0 transformasiya proseslərinə cəlb olunması nəzərdə tutulur.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?