6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əlcəzair Prezidenti Azərbaycanla neft və qaz sahəsində əməkdaşlıq memorandumunu təsdiq edib

Əlcəzair Prezidenti Azərbaycanla neft və qaz sahəsində əməkdaşlıq memorandumunu təsdiq edib

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiqləyib.

Əlcəzair mətbuatı xəbər verir ki, 2022-ci il noyabrın 29-da imzalanmış memorandum iki ölkə arasında karbohidrogenlər sektoru, o cümlədən neft, qaz, neft-kimya sənayesi və yeni yaranan yaşıl enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənəd karbohidrogen fəaliyyəti ilə bağlı hüquqi və tənzimləyici siyasətlərin əlaqələndirilməsi, quruda və dənizdə neft-qaz kəşfiyyatı və hasilatı layihələri üzrə əməkdaşlıq üçün geniş çərçivə yaradır. Razılaşma, həmçinin neft-kimya sənayesi, enerji daşıyıcılarının nəqli və paylanması, ilkin emal benzini və mayeləşdirilmiş təbii qaz (LNG) da daxil olmaqla neft məhsullarının marketinqi sahələrini əhatə edir.

Memoranduma əsasən, SOCAR tərəfindən S”onatrach Raffineria İtaliana”ya “Azeri Light” və digər xam neft növlərinin uzunmüddətli tədarükü də nəzərdə tutulur.

Tərəfdaşlıq yaşıl enerji təşəbbüslərini, xüsusilə hidrogen istehsalı və nəqli infrastrukturunun inkişafını, eləcə də elmi tədqiqatlar, enerji sektorunun idarə olunması, infrastruktur layihələri və kadr hazırlığı sahələrində əməkdaşlığı da əhatə edir.

Memorandum ilkin olaraq beş il müddətinə qüvvədə olacaq və tərəflərdən biri rəsmi qaydada sazişdən çıxmadığı təqdirdə avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaq.

Xatırladaq ki, anlaşma memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı 2023-cü il fevralın 1-də imzalanıb.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?