6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

9 iyul 2025-ci ildə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) qüvvəyə minib.

Saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyoudi imzalayıblar.

Sənədin imzalanmasında əsas məqsəd tərəflər arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. BƏƏ ilə strateji əlaqələrin bir hissəsi kimi iqtisadi şaxələnmə və rifahı artırmağı hədəfləyən Sazişin qüvvəyə minməsi ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd müasir çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadi inkişaf üçün əhəmiyyətli baza yaradır.

CEPA 18 fəsil və onların əlavələrindən ibarətdir. Sazişə görə, mal və xidmətlərin ticarəti üzrə bazara çıxış genişləndirilir. Sənəddə tərəflər arasında ticarətdə mal nomenklaturunun 90%-dən yuxarı hissəsi üzrə tariflərin aradan qaldırılması nəzərdə tutulur. Bununla yanaşı, gömrük prosedurları sadələşdirilir, sanitariya və fitosanitar tədbirlər üzrə tələblər asanlaşdırılır, aydın mənşə qaydaları tətbiq edilir.

Sənəd həmçinin kiçik və orta biznesin dəstəklənməsini, müxtəlif iqtisadi sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsini hədəfləyir. Bu isə iki ölkə arasında strateji münasibətlər çərçivəsində şaxələndirməni, birgə iqtisadi artımı və rifahı təşviq edir.

Saziş ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması, rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın genişləndirilməsi, biznes subyektləri üçün daha əlverişli və şəffaf mühitin formalaşdırılması üçün yeni imkanlar açır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?